20 Yanvar bizim şərəf günümüzdür
  Raşad Abdulla
Этническая мозаика Баку в контексте совр
  Solmaz Məhərrəmova
XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin yaşayış evləri
  Mobil Aslanlı Huntürk və Arif Rüstəmov
N.Tusinin ictimai pedaqoji görüşlərində gənc nəslin fiziki mədəniyyət və sağlamlıq məsələləri
  Dilqəm Əhməd
Altun tigin
  Salidə Şəmməd qızı Şərifova
Elm xadimi Kamil müəllim və milli şair barəsində
  Şota və Otar Tedvadze qardaşları
XIX əsrin ikinci yarisinda erməni əyalisinin Gürcüstana mühacirət prtosesləri
  Dünyamalı Kərəm,
Xatirələr dilə gelir
  Nəsiman Yaqublu
M.Ə.Rəsulzadənin mühacirət fəaliyyəti
  Qüds uğrunda mübarizənin simvolu: Səlahəddin Əyyubi
  Mirzə Məmmədoğlu
Kimin özü,kimin sözü yada düşər
  Əlixan Düşgün
Şeirlər
  Qasım Abbasəliyev
Şeirlər
  İslam Əliyev
Gəlin tərgidək
  Cambul Məmmədli
Şeirlər
  Həvilova Fəxriyyə
Borçalının görkəmli ziyalısı Nəriman Nərimanovun həyatının Bakı dövrü
  Xəbər xətti

Ana səhifə Jurnalımız Redaksiya
Solmaz Məhərrəmova
Azərbaycan MEA Arxeoloğiya və Etnoqrafiya İnstitutu

XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin yaşayış evləri

XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsində ( Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən zəbt edilmiş Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları nəzərdə tutulur) mənşə etibarilə müxtəlif tarixi dövrlərə məxsus yaşayış evləri olmuşdur. Bunlar əsasən daimi yaşayış evləri - siklop tikililərdən, təbii və süni mağaralardan, qaradamlardan, otaqlardan, müvəqqəti yaşayış evləri - alaçıq, dəyə, daxal, çovustandan ibarət idi.

Bölgədə ən qədim yaşayış evləri mağaralar olmuşdur.

Bölgədəki Azıx və Tağlar mağaraları ilk insanın məskəni hesab edilir. Digər mağara Cəbrayıl rayonundakı Dağtumas kəndi yaxınlığında «Divlər sarayı» dır.

Kəlbəcərdə də Daş dövrünə aid yaşayış yeri aşkar edilmişdir. Bu dairəvi tikintinin divarları iri ölçülü qaya parçalarından hörülmüşdür.

Bölgədə iri qaya parçalarından heç bir məhlul işlətmədən inşa olunmuş siklop tikililər - qalaçalar çoxdur. Siklop tikililəri Azərbaycan dilində «təpəgöz» kimi işlədilir. Təsadüfi deyil ki, nağıl və əfsanələrimizdə, eləcə də əhali arasında bu tip qalalar divlərin (təpəgözlərin) yaşadığı məskən kimi təsvir edilir.

T.Əliyevin qənaətinə görə Şəmkir, Gədəbəy, Tovuz, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl rayonlarında, habelə Naxçıvanda 150-yə yaxın siklop tikilisi- qalaça qeydə alınmışdır. (10, 40)

Sadə, primitiv üsulla, yonulmamış iri qaya parçalarından, yaxud çay daşlarından inşa edilən siklop tikililəri yerləşdiyi məkanın topoqrafik quruluşundan asılı olaraq dairəvi, dördbucaqlı, oval formalara, hündür divarlara və 5-6 qat hörgüyə malik olmuşlar.

Qədim yaşayış evləri hesab olunan mağaraları bölgədə kaha adlandırırdılar.

XX əsrin 30-cu illərində Laçın və Kəlbəcər rayonlarnıda tədqiqat aparmış etnoqraf Ə.Ələkbərov hətta 30-cu illlərdə də kahalardan yaşayış evi kimi istifadə edildiyini göstərmişdir. (1, 149)

Təbii kahalar əksərən dağın içərisinə doğru yönəldilmiş uzunsov, bəzən əyri, yaxud çoxbucaqlı formalara malik olmuşlar.

Süni kahalar adətən yumşaq sarı torpaqdan (bölgədə «kiran» adlanır) ibarət qayalarda çapılırdı. Süni kahaların əksəriyyəti bir neçə küyüldən ibarət olaraq dik qayalarda tək-tək və ya qruplar halında yer səthindən hündürdə, bir neçə cərgədə, bir-birinin üstündə yerləşirdi. Kaha-evləri bir-biri ilə dar cığırlar birləşdirirdi. Qış zamanı bu cığırlar tamamilə qarla örtüldüyündən gediş-gəliş çətinləşirdi.

Bölgədə kaha-evlərdən ibarət bütöv kəndlər mövcud olmuşdur. T.F.Aristova yazırdı: «Laçın və Qubadlı rayonlarında çoxlu kahalardan ibarət evlərin qalıqlarına rast gəlinir. Laçın rayonunun Mişni və Zerti kəndləri bötövlükdə kaha-evlərdən ibarət olmuşdur». (2, 88)

1924-cü ildə bölgəyə göndərilən ekspedisiyada iştirak etmiş rus arxeoloqu Y.Pçelina yazırdı: «Buradakı təbii kahaların iki tipindən müxtəlif məqsədlərlə istifadə olunur. Adam boyunda, nisbətən dərin və bir neçə qatdan ibarət kahalarda qoyun sürüləri və iribuynuzlu heyvanlar saxlanır. Bu tipli kahalara daha çox Pircan, Daşlı, Minkənd, Molla Əhmədli, Bozlu kəndlərində rast gəlinir. Belə kahalarda 1-3 min baş heyvan saxlamaq mümkündür. Böyük, hündür daş kahalarda isə qış üçün toplanmış otu saxlayırlar. Hündür kahaların içərisi soyuq olduğuna görə heyvanları orda saxlamaq məqsədəuyğun deyil». (5, 112)

XX əsrin 20-ci illərində erməni daşnakları azərbaycanlıları öz yurd-yuvalarından didərgin saldığı zamanda da Sisyan və Bayundur ərazisindən qaçqın düşmüş, evsiz-eşiksiz qalmış adamlar kahalar qazıb orada yaşamağa məcbur olmuşlar. Laçın rayonunun Minkənd kəndində belə sığınacaqlar çoxluq təşkil edirdi.

Mənbələrdə bu sığınacaqlar belə təsvir edilir: «Minkənd kəndində təbii və süni mağaraların - kahaların önündə hətta bir, yaxud iki divar hörüb pəncərə və qapı düzəldirdilər. Belə evlərin qarşısında boş yer olardısa, orada da divar hörərək kiçik həyət düzəldir və belə evlərdə insanlarla bərabər mal-qara da yaşayırdı». (6, 40)

Beləliklə daş hörgünün işlədilməsi nəticəsində yaşayış evlərinin inkişafında yeni ev tipi meydana çıxmış, evlər qarşısında daşdan tikilmiş eyvanla bir küyüldən ibarət olmuş, eyvanın örtüyü isə beş ədəd ağac dirək üzərində qoyulmuş tirlər vasitəsilə düzəldilmişdi.

Kaha-evlər qışda isti, yayda sərin, lakin qaranlıq, havasız və nəmişli olmuşdur.

Kaha-evlər üçün həyətlər səciyyəvi olmamış, belə ki, bir evin damı özündən yuxarıda yerləşən kahanın həyəti rolunu oynamışdır.

Bölgədə yaşayış evinin sonrakı inkişaf mərhələsi divarların daşla hörülməsi ilə səciyyələnmiş, beləliklə süni kaha tipli yaşayış evləri «qaradam» formasını almışdır.

Bu ev tipini bölgə əhalisi müxtəlif adlarla: «ev damı», «dam», «qaradam» adlandırmışdır. Böyük qaradamlar «ev damı», kiçik - insan və ev heyvanlarının yaşadıqları qaradamlar isə «dam» adlanırdı.

Q.Qaraqaşlı yazırdı: «Qaradamın etimoloji mənası «qara ev» (qara dam) deməkdir. Bu ev tipinin belə adlanması onun ocaq vasitəsi ilə qızdırılması nəticəsində divar və tavanın qara hislə örtülməsi ilə əlaqədar olmuşdur». Q.Qaraqaşlı qaradamın digər mənasının «böyük ev» olduğunu da göstərmişdir. (4, 79)

H.Həvilov da belə hesab edir ki, «Qaradam sözünün etimologiyasını iki mənada başa düşmək olar. Birinci halda o, böyük patriarxal ailəyə məxsus geniş həcmli yaşayış evini əks etdirir, çünki Azərbaycanda nəhəng, böyük anlayışlarının sinonimi kimi çox vaxt «qara» sözündən istifadə olunmuşdur. İkinci halda bu sözün mənşəyini qaradamda yanan orta ocağının tüstüsü ilə əlaqələndirirlər». (3, 125)

Fikrimizcə, «qaradam» elə böyük ev mənasında işlənmişdir. Təsadüfi deyil ki, bütün türk dünyasında «qara» böyük, nəhəng anlamı daşıyır.

Bölgədə qaradamlar iki növ konstruksiya və memarlıq üslübüna malik olmuşdur: mərkəzi kvadrat şəkilli qaradamlar, mərkəzi künbəz şəkilli qaradamlar. Qaradamlar yeraltı və yerüstü tiplərə bölünürdü. Bölgənin dağlıq ərazisində yeraltı qaradamlar üstünlük təşkil etmişdir. Yeraltı qaradamların divarlarının yarı hissəsi torpağın içərisində olduğuna görə oraya pilləkənlə düşmək lazım gəlirdi. Çox vaxt bu evlərin qarşısında iki-üç dirək üzərində çardaq da tikirdilər. Belə qaradamlar torpağın içərisində olduğu üçün ətrafdan güclə seçilir, yalnız tüstüsündən burada insan yaşadığını müəyyən etmək olurdu. Yerüstü qaradamlar düz sahədə tikilir, divarları torpağın üstündə qaldırılırdı. Mənbələrdə yeraltı qaradam aşağıdakı kimi təsvir edilir: «Pəncərəsiz, işıqsız, yalnız bir bacası, dar qapısı, damı torpaqla eyni səviyyədə olan qazmanı təsəvvürünüzə gətirin. Uzaqdan, xüsusilə də qış fəslində onun torpağın səthindən azca seçilən damlarını sezmək qeyri-mümkün idi. Belə evlər sistemsiz, harda gəldi tikilir. Bir, böyük otaqda həm insanlar, həm də mal-qara yerləşir. Otağın ortasında ocaq yandırılır, orada yemək hazırlanır, bütün ailə ocağın kənarında oturur» . (7, 97)

Qaradamların xarakterik xüsusiyyəti ondan ibarət idi ki, bunların tikinti- konstruksiya işləri bilavasitə divarlar üzərində yox, qaradamın orta hissəsində basdırılmış dörd ədəd yoğun dirəklər üzərində aparılırdı.

Ə.Ələkbərovun qənaətinə görə, bu qurğunun başqa tikililərdən fərqliliyi ondan ibarətdir ki, başqa tikililərdə divar dam örtüyünün dayağı hesab olunurdusa, burada divar dayaq rolunu oynamırdı. Dam dörd ədəd ağac dirəyin üzərində qurulur, divarlarının damla heç bir əlaqəsi olmurdu. (1, 152)

Qaradamın dörd ağac dirək üzərində düzəldilmiş damında tüstünün çıxması üçın baca qoyulur, divarları isə yonulmamış adi daşlardan və ya çay daşlarından hörülür, döşəməsi təbii torpaq, bəzən də nəm olmasın deyə gil və samanla suvanırdı.

Qaradamlar orada yaşayan ailə üzvlərinin sayından asılı olaraq 5x5, 6x6, 7x7 m. və daha böyük ölçüyə malik idi.

Onun bacası həm pəncərə rolu oynayır, həm də tüstünün çıxmasına xidmət edirdi. Hətta gündüzlər belə qaradamın içərisi yarımqaranlıq olurdu.

Mərkəzi künbəz konstruksiyalı qaradamlar ağac tirlər vasitəsilə aşağıdakı qaydada qurulurdu: otağın ortasında basdırılmış dirək (hambala) yuxarı hissəsi haçalı yoğun ağaclardan kəsilirdi. Dirəklərin daimetri 60-70 sm. ölçüdə götürülürdü. Dirəklərdəki haçalara geydirmək şərtilə paralel iki tir atılır, sonra bu tirlərin üzərində onlara paralel olan və planda kvadrat təşkil edən daha iki tir atılırdı. Bu istiqamətdə tirlər paralel atılaraq kvadrat çərçivəni hər dəfə eyni biçimdə kiçildir, istənilən ölçüdə baca alınanadək davam etdirilirdi. Beləliklə piramida şəkilli künbəz alınırdı.

Qaradamların üstünə 1 m. qalınlığında adi torpaq layı tökərək tapdalayırdılar. Ortasında ocaq yeri, yeraltı təndir, yan divarında isə buxarı düzəldirdilər.

Ocaq yerini bölgədə «bad» adlandırırdılar. Badı düzəltmək üçün torpağı 5-6 sm. dərinliyində qazır, içərisini isladaraq daşla döyüb bərkidirdilər. Döyülüb bərkidildikdən sonra gillə suvayır, kənarlarına daş düzür, kiçik bir yerini isə ocağın külünü çıxarmaq üçün açıq saxlayırdılar.

Badın üzərinə sac qoyulur, orada çörək bişirilir, yemək hazırlanırdı. Qış zamanı istiliyin çölə çıxmaması məqsədilə qaradamın bacasını bağlayırdılar.

Daha imkanlı ailələr bir neçə qaradam tikir, onların birindən heyvanların saxlanması üçün, digərindən anbar, üçüncüsündən yaşayış evi kimi istifadə edirdilər.

XX əsrin əvvəllərində bölgədə yeni tipli, düzbucaqlı, bir-iki otaqdan ibarət yaşayış binaları da (otaq) mövcud olmuşdur. Belə evlər ikitaylı qapılı və kiçik pəncərəli tikilir, damları dəmir çardaqla örtülürdü. Adətən belə evlərin divarları qaradamın divarlarına söykədilərək inşa edilir, qaradamdan isə tövlə kimi istifadə olunurdu. Evlərin inşasında yerli təbii daş (kötür daşı) işlədilirdi. Sonralar isə yeni evlər köhnə evlərlə bir divar altında deyil, ayrıca tikilməyə başlandı. Beləliklə , yaşayış evi tədricən təsərrüfat tikilisindən ayrıldı.

Ə.Ələkbərov və T.F. Aristovanın tədqiqatlarında XX əsrin 30-cu illərində Laçın rayonunda İsgəndər adlı kəndlinin tikdirdiyi ikimərtəbəli ev haqqında məlumat verilmiş, evin alt mərtəbəsindən təsərrüfat, üst mərtəbəsindən isə yaşayış məqsədilə istifadə edildiyi göstərilmişdi.

Laçın rayonunun Minkənd və Pircan kimi böyük kəndlərində yeni tipli evlərin tikilməsi haqqında Y.Pçelina da məlumat vermişdir. (5, 113)

Laçın rayonunun Ağanus kəndində ilk evi Ələkbər Məhərrəmov tikdirmişdir. Onun evi birmərtəbəli, iki otaq və eyvandan ibarət olmaqla, üstü dəmir çardaqlı, geniş pəncərəli, ikitaylı taxta qapılı, yonulmuş taxtadan tavan və döşəməli idi. Təsərrüfat binası - tövlə isə evdən bir az aralı daşdan tikilmişdi.

Yeni evlər bircərgəli plana malik olmaqla dik çatma damlı tikilirdi. Bölgədə ikimərtəbəli evlər də tikilməyə başlamışdı. Belə evlər bir neçə otaqdan və eyvandan ibarət birmərtəbəli, eləcə də ikimərtəbəli, «T», «P» və «Q» şəkilə, kəllayı, dolayı, cərgəvi (düzcərgə) plan quruluşuna malik olmuşlar. Yeni evlərdə hətta qonaqlar üçün ayrıca otaq da nəzərdə tutulurdu.

Bölgə əhalisinin yaylaq və qışlağa köçməsi ilə bağlı müvəqqəti yaşayış evləri də mövcud olmuşdur.

Yaylaqda əsas yaşayış evi ənənəvi alaçıqdan ibarət idi.

XIX əsrə aid mənbələrdə göstərilirdi ki, «tatarlar arabalara, yaxud yük heyvanlarına yüklənə bilən səyyar yaşayış evlərindən istifadə edirdilər. Tatar səyyar evləri keçə ilə örtülür, ölçülərinə görə fərqlənərək «alaçıq» və «dəyə» adlanır». Alaçıqları möhkəm və keyfiyyətli ağaclarla quraşdırırlar. Belə alaçıqların diametri 4 sajenə qədərdir. Bu tip alaçıqlar varlı adamlara məxsusdur. Alaçığa nisbətən dəyə kiçik ölçülü və aşağı keyfiyyətli ağaclardan qurulur». (8, 124)

X.Xəlilovun fikrincə normal alaçıq 40 çubuqdan tikilirdi. Çubuqlardan 20-si yan çubuq, 8-i arxa çubuq, 8-i qənşər çubuq, 4-ü isə gədə çubuq adlanırdı. (9, 87)
Alaçığı qurarkən yerə dayaq dirək, dirəklərin ətrafına alaçığın böyük və kiçikliyi nəzərə alınmaqla çubuqlar basdırılırdı. Alaçıq çubuqları əsasən vələs və palıd ağacının elastik budaqlarından düzəldilirdi. Alaçıq çubuqlarını yerə basdırarkən möhkəm dayanması üçün dibinə su töküb tapdalayır, torpağa mıxçalar çalırdılar. Çubuqları mıxçaların arasında onların dibləri quruyanadək saxlayır, əyərək qəzildən toxunmuş çatı ilə hər tərəfdən bir-birinə çatırdılar. Çubuqlar bərkidildikdən sonra örkənlə bağlanıb daha da möhkəmləndirilirdi. Əvvəlcə örkənin bir ucunu qapının çubuğuna, sonra bütün çubuqlara dolayır və qapının ikinci çubuğunda çəkib möhkəm bağlayırdılar. Alaçığın çubuqları möhkəmləndirildikdən sonra ətrafı çətənlə örtülür, çətənin ucları isə qapının sağ və sol çubuqlarında bağlanırdı. Dairəvi formada bağlanmış çətəni hər tərəfdən alaçığın çubuqlarına sicimlə bərkidir, sonra üstünü keçə ilə örtürdülər. Belə alaçıq 80-100 manata başa gəlirdi. Bu alaçıqlardan hər il təmirinə 5 manat pul xərcləməklə 10-15 il istifadə etmək olurdu. (8, 124)

Yaşlı məlumatçılarımızın dediyinə görə, alaçığı qurarkən hər çubuğu yerə basdırdıqca dualar oxunurdu. Keçəni alaçığın üstünə atdıqda dörd tərəfindən yerə yoğun ağac və ya dəmir basdırırdılar. Alaçığın karkası hazır olduqdan sonra bükülmüş qara keçəni bir yanından bir neçə adam yuxarıya doğru itələyə-itələyə açır, içəridə isə yenə iki nəfər əllərindəki uzun ağacla (bölgədə paya adlandırılır) keçəyə dayaq verir, həm də irəliyə doğru itələyirdi. Keçə alaçığın üstünü tamamilə örtdükdən sonra iplə dörd tərəfində basdırılmış ağaclara bağlanıb taraz möhkəmləndirir və qıraqlarından yağış suyunun axması üçün arxlar qazırdılar.

Dəyənin qurulması üçün müəyyənləşdirilmiş dairəvi, yaxud oval sahəyə çubuqlar basdırırdılar. Çubuqların sərbəst uclarını qövs şəklində əyərək əks istiqamətində basdırılmış çubuqlarla birləşdirib sicimlə bağlayır, ətrafına çətən çəkir, üstünü keçə ilə örtürdülər. Bu tipli dəyənin qurulması 20-30 manata başa gəlirdi. Ondan hər il təmirinə 3 manat xərcləməklə 7-10 il istifadə etmək mümkün idi. (8, 124) Dəyənin də kənarlarından yağış suyunun axması üçün kiçik arxlar qazırdılar. Belə arxlar bölgədə «xarım», yaxud «qarım» adlanırdı.

Bölgə əhalisinin aranda və qış obalarında inşa etdiyi digər müvəqqəti yaşayış ev tipi «daxal» və ya «çovustan» olmuşdur. Bu yaşayış evlərinin tikintisində ərazidə geniş yayılmış ağac materiallarından (palıd, vələs, şam, fıstıq, göyrüş),həmçinin qarğı və qamışdan istifadə edilirdi.

Daxal və çovustan tipli yaşayış evləri tikilmə konstruksiyası ilə bir növ alaçığı xatırladırdı.

Daxal və çovustanı tikərkən alaçıqda olduğu kimi ağacdan karkas hazırlayır, evin yanlarını və damını qarğı və qamışla hörürdülər. Yan divarlara hörülmüş qarğı «tapan», dam üstünə hörülən qarğı çubuqlar «tərəcə» adlanırdı. Evin yanlarını tapan ilə bağladıqdan sonra saman və gildən hazırlanmış palçıqla çöl və içəri hissədən suvayırdılar. Dam - tərəcəni keçə ilə örtürdülər. Bu tip evlərin damı yağış və qar sularının axması üçün yanlardan bir qədər maili qurulurdu. Daxal və çovustanın da kənarında kiçik arxlar qazır, evin qapısını isə alaçıqda, kaha və qaradamda olduğu kimi kilim, şəddə, yaxud taxta ilə örtürdülər. Döşəməsini döyərək bərkidir, gil və saman qarışıqlı palçıqla suvayırdılar.

Yaylaqla heyvanların peyinindən xüsusi üsul ilə yanar qaz alır və ondan məişət tələbatlarını ödəyirdilər. Bu məqsədlə alaçığın kənarında təxminən 3 metr dərinliyində quyu qazır, peyini oraya tökürdülər. Müəyyən qədər peyin yığıldıqdan sonra quyunun yarı hissəsini su ilə doldurub ağzını kip qapaqla örtür və üstünə ağır daş qoyurdular. 15 gündən sonra orada güclü qaz əmələ gəlirdi. Bu zaman qapağın bir yerindən kiçik deşik açıb oraya kran bağlayır, kranın ağzına rezin boru keçirirdilər. Kranı açanda qaz boru vasitəsilə ocaq yerinə gəlirdi. Bu üsulla alınan qazdan bir ailə 3 ay müddətində istifadə edə bilərdi. Qaz tükəndikdən sonra yerdə qalan peyini gübrə kimi işlədirdilər.
Beləliklə, tədqiqat nəticəsində məlum olur ki, bölgədə müxtəlif tipli yaşayış evləri daim inkişaf etmiş, təkmilləşmiş, bununla yanaşı, onların hər birinin məhz özünəməxsus cəhətləri olmuşdur.
İstifadə olunmuş ədəbiyyat:

1. Alekperov A.K. İssledovaniə po arxeoloqii i gtnoqrafii Azerbaydjana. B. İzdatelğstvo AN Azerbaydjana, 1960.
2. Aristova T.F. Kurdı Zakavkazğə. M. Nauka, 1966.
3. Həvilov H. Azərbaycan etnoqrafiyası. B. Elm, 1991.
4. Karakaşlı K.T. Materialğnaə kulğtura azerbaydjanüev Severo-Vostoçnoy i Üenralğnoy zon Maloqo Kavkaza. B. 1964.
5. Pçelina E. Po Kurdistanskomu uezdu Azerbaydjana (putevıe zametki). SG, 1932, №4
6. Sısoev V.M. Kurdistan- Laçin. Raskopki osenğö 1925 q. İzvestiə Azkom starisa. B. 1927, vıp. 3
7. SMİGBQKZK. Tiflis, 1887, t. II.
8. SMOMPK, vıp. IX, Tiflis, 1890.
9. Xəlilov X.D. Qarabağın elat dünyası. B. Azərnəşr, 1992
10. Əliyev T. Günəş dənizdən doğur. B.İşıq, 1993.


S.S. Maqerramova

Jiliha öqo-vostoçnoqo reqiona Maloqo Kavkaza v XIX-naçale XX vekov

R E Z Ö M E

V rabote ukazıvaetsə çto, v XIX-naçale XX vekov jilıe pomeheniə öqo-vostoçnoqo reqiona Maloqo Kavkaza (Laçinskiy, Kubatlinskiy, Zanqelanskiy, Kelğbadjarskiy, Djebrailğskiy, Fizulinskiy rayonı) otliçilisğ svoimi raznoobraziəmi.
V statğe obstətelğno izlojenı tipı jilij ot prostıx do slojnıx. Zdesğ odnovremenno bıtovali neskolğko tipov jiliha, otrajaöhix razliçnıe gtapı eqo razvitiə.İssledovanı takie tipı,kak estestvennıe i iskusstvennıe peherı, karadamı, alaçıq (şatra), «çovustan», «daxal», takje usoverşenstvovannıe tipı «otaq», «işıqlı ev» i. t. dr.
V rabote soobhaetsə o planovom ustroystve takix domov.




S.S.Maharramova

The dwelling houses in south-east regions of the Lesser Caucasus in the XIX-begining of the XX century

Summary

In this research work it is mentioned that in the XIX-begining of the XX century the dwelling houses in south-east regions of the Lesser Caucasus (Lachyn, Gubadly, Zangelan, Kelbajar, Jebrayil, Fizuli districts) differed with their diversity.
All the types of these dwelling houses, from plain till complex, are thoroughly stated in this article. At the same time there were several types of dwelling houses, reflecting different stages of it’s development. Several types of these dwelling houses such as, natural and man-made caves, caradam, alachiq (shatra), “chovustan”, “daxal”, as well as improved types such as “otaq”, “ishiqli ev” etc. are being researched
The article informs about planned structure of these houses.




















Xazar Banner sistemi

 
© 2007 http://qarapapaqlar.borchali.net. Texniki və hostinq dəstəyi Borchali.Net