20 Yanvar bizim şərəf günümüzdür
  Raşad Abdulla
Этническая мозаика Баку в контексте совр
  Solmaz Məhərrəmova
XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin yaşayış evləri
  Mobil Aslanlı Huntürk və Arif Rüstəmov
N.Tusinin ictimai pedaqoji görüşlərində gənc nəslin fiziki mədəniyyət və sağlamlıq məsələləri
  Dilqəm Əhməd
Altun tigin
  Salidə Şəmməd qızı Şərifova
Elm xadimi Kamil müəllim və milli şair barəsində
  Şota və Otar Tedvadze qardaşları
XIX əsrin ikinci yarisinda erməni əyalisinin Gürcüstana mühacirət prtosesləri
  Dünyamalı Kərəm,
Xatirələr dilə gelir
  Nəsiman Yaqublu
M.Ə.Rəsulzadənin mühacirət fəaliyyəti
  Qüds uğrunda mübarizənin simvolu: Səlahəddin Əyyubi
  Mirzə Məmmədoğlu
Kimin özü,kimin sözü yada düşər
  Əlixan Düşgün
Şeirlər
  Qasım Abbasəliyev
Şeirlər
  İslam Əliyev
Gəlin tərgidək
  Cambul Məmmədli
Şeirlər
  Həvilova Fəxriyyə
Borçalının görkəmli ziyalısı Nəriman Nərimanovun həyatının Bakı dövrü
  Xəbər xətti

Ana səhifə Jurnalımız Redaksiya
Mobil Aslanlı Huntürk və Arif Rüstəmov

N.Tusinin ictimai pedaqoji görüşlərində gənc nəslin fiziki mədəniyyət və sağlamlıq məsələləri

Azərbaycan ictimai-pedaqoji fikir tarixində yadda qalan əsərləri ilə bəşəriyyətin elm xəzinəsinə dəyərli töh¬fələr verən düharlardan biri də X.N.Tusi ol¬muş¬dur.
Dahi mütəfəkkirin tibb, biologiya, əxlaq, pedoqogika və psixo¬logiyaya dair çoxsaylı elmi əsərlərində yaranmışların əşrəfi olan insanın fiziki kamilliyi problemi mühüm yer tutur. Böyük mütəfəkkirin Şərqin zəngin mənəvi sərvəti olan «Əxlaqi-Nasiri» əsərində insanın gümrah, qıvraq bədənə, möhkəm əzalara və cismani mükəmməlliyə malik olan şəxsiy¬yət¬lə¬rin yetişdirilməsində fiziki hərəkətlərin və oyunların əhə¬miy¬yətinə çox geniş diqqət yetir¬mişdir. Onun yaradıcılığında in¬sanın cismani inkişafı, fiziki təm¬rinlər, gigiyenik və təbii amillər vəhdətdə götürülür, habelə on¬la¬rın tibbi-elmi nə¬zə¬ri müstəvidə araşdırılmasına xüsusi əhə¬miy¬¬yət verilir.

N.Tusinin fikrincə, insan dünyaya gəldiyi ilk gündən qay¬ğı¬ya möhtacdır. Valideynlərin vəzifəsi uşağı yedirtmək, ge¬yin¬¬dir¬mək, yeriməyə öyrətməklə yanaşı, həm də tərbiyə etmək¬dir. İn¬sanın sağlamlığı naminə lap kiçik yaşlarından onun qayğı¬sı¬na qalmaq hər bir ata və ananın borcudur. Bu baxımdan N.Tu¬si¬nin sağlamlığın təmin edilməsi, uşaqların bədəncə möhkəm, gümrah böyüməsinə dair işləyib hazırladığı fiziki tər¬bi¬yə¬ sistemi diqqəti cəlb edir. Belə ki, o, normal qida, yuxu, oyun və əməklə yanaşı fiziki tər¬bi¬yənin digər amillərinin mühüm rolunu göstərmiş, uşaq¬la¬rı sağlam, gümrah, iradəli böyütmək üçün aşağıdakı vasitə¬lər¬dən istifadə etməyi zəruri saymışdır:

1. Uşağa yumşaq, rahat paltar geyindirməməli;
2. Uşağı erkən yaşlarından bərkə-boşa öyrətməli, onu çə¬tin¬liyə alışdırmalı;
3. Yayda sərin və nazik tüllərə, qışda qa¬lın kürklərə bürünməyə öyrətməməli; uşaq çox yeriməli, hərə¬kət etməli, at minib əziyyət çəkməyə adət etməlidir;
4. Saçlarına xüsusi sığal verib, əyinlərinə qadınlara məx¬sus bəzək-düzəkli paltarlar geyindirməməli və s.

Tusi əxlaqi saflığı fiziki kamilliklə vəhbətdə götürərək onların biri digərini tamamlayan bir meyar kimi təqdim edir. Fiziki sağlamlıq, fəallıq, fikir dürüstlüyü, dərin əqidə, təşəbbüskarlıq, işgüzarlıq, əməksevərlik, aqillik və s. kimi keyfiyyətləri insanın fiziki inkişafı ilə bağlayır və bu xüsusiyyətəlrin fiziki inkişafla bağlılığını dəqiq və ətraflı şərh etmişdir.

Tusi fiziki inkişafda tibbi və psixoloji səciyyələrin də rolunu aydınlaşdırır, həm də bunların birbəbir izahını da təqdim edir.

Onun «Etiqadat», «Tənsuqnameyi-Elxani» («Cavahirnamə»), «Si fəsil» (otuz fəsil) və s. kimi əsərləri və «Qanun» kitabına həsr etdiyi şərh və tənqidlərində fiziki tərbiyənin tarixən necə inkişaf etdiyini və özünəqədərki cəmiyyətdə və vəziyyyətdə davamını və özünün ona qeydlərini də etmişdir. Bu fikir fiziki tərbiyə tariximiz üçün də əhəmiyyətlilidir. Ona görə ki, «fiziki tərbiyə, fiziki mədəniyyət tarixi cəmiyyət təkamülünün bütün mərhələlərində özünəməxsus qanunauyğunluqlarla inkişaf edərək, cəmiyyətin maddi həyat tələbatı ilə sıx bağlı olmuşdur».

Tusi məqsədinə nail ola bilməsə də, təlim-tərbiyə sahəsində olduğu kimi, fiziki tərbiyə sahəsində də hər nə varsa «hakim və məhkum» bilmədən hamıya aid etmişdir. Bədəni səadət o elmlərdə olar ki, o bədəni nizama salsın, məsələn, müalicə, sağlamlığın qorunması, bədən tərbiyəsi, bunların hamısı tibb elminə aiddir. Onun fikrincə, sağlamlıq, səhhəti-vücud daim övladi-bəşərin əql və fikir salimliyinə, səadətlə məhəbbətin, əməl və əməyinə dəlalət edir. Tusiyə görə, fiziki tərbiyə cəmiyyətin inkişafı hətta toxunulmazlığı, yadellilərdən iraqlığı üçün də vacibdir. Məlumdur ki, ictimai tərəqqi insanın təbiət qüvvələri üzərində hakimliyindən ibarət olmayıb, həm də, onlardan bəşəriyyətin xeyrinə istifadə etmək bacarığından asılıdır.
Tusinin fikrincə, fiziki yetkinlik, fiziki hazırlıq uşağın ilk nənni, beşik dövründən başlayaraq təmin edilməli və verilməlidir. Uşağın anadan olduğu gün¬dən başlayaraq fiziki inkişafını təmin etməyi təklif edirdi. Tusinin bu məsələyə münasibətini onun «Qanun» kitabına yazdığı şərh və tənqidlərində də görmək çətin deyil. Tusiyə görə, fiziki sağlamlıq, möhkəmlik və əxlaqi həssəna biri-digərini rədd etməyən vahiddir. Odur ki, böyük pedaqoq fiziki tərbiyəyə əxlaq tərbiyəsini tamamlayan vahid kimi baxmaqda heç də səhv etmirdi.

N.Tusi insanların sağlamlığında üç mühüm təbii amilin - gü¬¬nəş, su və havanın böyük rol oynadığını qeyd edərək göstə¬rir¬di ki, insan təmiz havadan, günəş işığından qədərincə istifadə etməli¬dir. Onun fikrincə, su təmizlikdir. O həmçinin deyirdi ki, ye¬mək qaydalarından ən zərurisi və birincisi əlləri, burunu tə¬miz yumaqdır. Əli yuyarkən barmaqların arasının, dırnaqla¬rın altının təmizliyinə fikir verilməlidir. Dişlərin yuyulub tə¬miz¬lənməsi də zəruridir. Bu, dişlərin ömrünü uzadır.

Böyük alim həm də qeyd edirdi ki, insan or¬qanizminin möhkəmlənməsinə, onun sağlamlığının təmin edilməsinə təsir göstərən ikinci amil havadır. Təmiz hava zehnin dincliyinə səbəb olur, yorğunluğu yox edir. Buna görə də uşaqların, habelə böyüklərin də açıq havada olması zəruridir. Eyni zamanda, evdə təmiz hava olmalıdır. Evin tavanlarının yük¬sək¬¬liyi, qapıların, pəncərələrin geniş olması vacibdir. Hava¬sız¬lıqdan müəyyən xəstəliklər yarana bilər. Ona görə də ail¬ənin hər bir üzvünün təbib müayinəsindən keçməsi mütləq zəruri¬dir.

İnsan sağlamlığının təmin edilməsində günəş işığı bö¬yük rol oynayır. Ona görə də Tusi tövsiyə edir ki, hər mövsümün öz müvafiq paltarı, evi olmalıdır. Onun fikrincə, kainatdakı şey¬lərin müsbət, həm də mənfi tərəfi vardır. Günəş həm yan¬dı¬rır, həm də canlı varlıqlara həyat verir. Günəşdən is¬ti¬fadə edərkən bütün bunları nəzərə almaq lazımdır:
Xəstəliyin bir çoxu törəyir çox yeməkdən

Bu sənin dostun olmuş, çəkin çox söz deməkdən.

Böyük təbib «İnsani-nəfs kamilliyinin nədə olması…» barədə yazdığı fəsildə peyğəmbərcəsinə söylədiyi mülahizələrindən aydın olur ki, istər əxlaqi davranış və rəftarda, istərsə də sağlamlığın qorunmasında nəfsin cilovlanması fazilliyə və kamilliyə dəlalət edir. Yeməyi bədəndəki müvazinəti saxlamağa lazım olana qədər endirməli, həyatı davam etdirmək üçün lazım olandan yuxarı qaldırmamalıdır, xörəyi səhhət üçün yeyərlər, keyf üçün yeməzlər; yemək lazım olduğundan belə az artıq düşsə, onun səhhəti də qaçar, ləzzəti də. Xalq arasında hörmət qazanmaq, öz ləyaqətini mühafizə etmək, gözüac, qarınqulu adı almamaq xatirinə lazım olduğundan da az yemək olar, ancaq bu aparıb zəifliyə, xəstəliyə çıxarmamalı və ya başqa bədniyyət məqsədi güdməməlidir.

O, uşağın geyiminin də elmi qaydada tənzim edilməsini məs¬lə¬hət görürdü. Belə ki, zərif tərbiyə uşağın bədənini davamsız edir. Yumşaq parça geymək və ləzzətli şeylər də yaxşı deyil. Uşaq bərkliyə adət etməli, yayda çətir götür¬məyə və kölgəliyə qaçmağa, qışda kürk geyməyə alışmamalıdır. O, uşaqları piyada gəzməyə, hərəkət etməyə alışdırmağı məsləhət görürdü.

Həyata göz açan fidan cocuğun bir varlıq kimi təşəkkülündə qida, yuxu, rejim və s. kimi gigiyenik amillərin rolunu xüsusi qeyd edən Tusi, uşağın körpə çağlar, sağlam ana, yaxud sağlam, həm də ağıllı bir dayədən süd əmməyi tövsiyə edir:

Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir daya.
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız öləndə çıxar!

Tusi körpə anlardan uşağın düzgün rejim və faydalı nemətlərə lazımi şəkildə qidalandırmaq onun səhhət və gümrahlığına, qıvraq və fiziki möhkəmliyinə qədərincə yardımçı olacağını, həmçinin vaxtında və düzgün qoyulmuş tərbiyə onun fəhm-fərasətini, diribaş, zəkavətli və hünərli bir gənc olacağını da istisna etmir.

Əqli idrakının gücü, iti zəkasının hünəri və parlaq təfəkkürünün çevikliyi sa¬yəsində elmin bir çox sahələrində kamranlıq etmiş üləma insan poeziya kəhkə¬şa¬nında da geniş nüfuz qazanmışdır. Tusi şerlərinin birində insanın qida rejiminə düz¬gün riayət edilməsi və yeyib-içməkdə əndazanı aşmayaraq həddin gözlənil¬mə¬sinin sağlamlığa dəlalət etdiyini göstərdiyi kimi, deyib-danışmaqda da ölçünü, qə¬dəri gözləməyi həmin şəxsin bir daha ədəb-ərkanlı, mərifətli və səbatlı oldu¬ğunu təsdiqləyir.

Tusi «Əxlaqi-Nasiri»nin «Fəzilətlərin mühafizə edilməsinin rəhni olan nəfs sağlamlığı haqqında»kı fəsildə göstərir ki, insanın şər və bəd əməllərdən, naqis və namünasib hərəkətlərdən, bivec və müxənnəs zümrələrin bəd işlərdən uzaqlaşıb əməli saleh olmaq, hər bir kəsdən yüksək iradi-səy, mətin xarakter, təmkinlilik, səbr və s. kimi psixoloji hazırlıq tələb edir. İnsa¬nın yalnız mənəvi kasıblığına və fiziki cılızlığına şərait yaradan pis nəfsin artma¬sına son qoymağın, habelə onun ruhən və cismən sağlamlı¬ğı¬na xidmət edən yaxşı nəfsin tərbiyə edilərək xoşbəxtliyə qovuşdurmağa aparma¬sı göstərir ki, əgər bir nəfs sağlam və fazildirsə, hikmətlərə yiyələnməyə, səadət əl¬də etməyə, həqiqi elmlərə sahib olmağa xüsusi həvəs və meyl göstərilsə, onun sahibi çalışmalıdır ki, vəziyyəti qoruyub saxlaya bilən işlər görsün, bu şəraiti davam etdirmək üçün lazımi tədbirlərə əl atsın.
Bədənin sağlamlığını qorumaq üçün tibb elmi mülayim məzac və normal şəra¬iti məsləhət bildiyi kimi, nəfsin sağlamlığı üçün də eyni xüsusiyyətlərə malik, özü¬nə bab adamlarla oturub-durmağı məsləhət bilərlər, çünki nəfsə təsir etmək üçün yoldaşdan və dostdan başqa heç bir güclü amil ola bilməz. Eləcə də bu xü¬su¬¬siyyətlərə malik olmayan adamlardan qaçmağı, onlarla müaşirətdə olmamağı, xü¬su¬silə şər və nakəslərdən, şit zarafat və sırtıqlıqda ad qazanmışlardan, əyyaşlıq və düş¬künlükdə şöhrət tapmışlardan uzaq gəzməyi səhhəti qorumağın ən mühüm və ən vacib şərti hesab edərlər».
Göründüyü kimi, insan ictimai tərbiyəsində mühitin rolunu öndəmə çəkən, ha¬belə hər bir zümrənin fiziki sağlamlığının onun birbaşa nəfsin sağlamlığında da güclü bir faktor kimi təsirini qeyd edən Tusi, eyni zamanda bu prosesdə insanın ruhi (mənəvi) və cismani (fiziki) bütövlüyünün qarşılıqlı əlaqəsini, onların vəhdətdə təmin olunmasını xüsusi vurğulayır.
Normal qida və yuxu ilə yanaşı N.Tusi uşaqların oyunla¬rı¬na, xüsusilə də hərəkətli oyunlara əhəmiyyət vermiş, müx¬təlif fiziki təmrinlərdə iştirakını zəruri say¬¬mışdır. Belə ki, onun çoxşaxəli pedaqoji irsində yalnız qətiyyətlilik, təşəb¬büskarlıq, inadkarlıq, mütəşəkkillik, təkidlik kimi iradi-mənəvi keyfiyyətlərin formalaşması deyil, habelə dostluq, fəallıq, düzlük və doğurçuluq, ədalətlilik, intizamlılıq, kollektivçilik və b. əxlaqi-etik xüsusiyyətlərin təşəkkülünə zəmin ya¬ra¬dan oyunlar barədə də geniş yer ayrılır. O, böyük bir maarifçi, ünyetməz, sə¬riş¬təli pedaqoq, həm də əvəzsiz təbib kimi oyunu uşaqlarda təkcə diri¬başlıq, iş¬gü¬zarlıq, xeyirxahlıq, səmimiyyət, nəzakətlilik və s. kimi humanist keyfiy¬yətlər aşı¬layan mühüm bir pedaqoji vasitə deyil, həm də onların orqanizmində tibbi-fizioloji baxımdan oynadığı müsbət dəyişiklikləri, habelə mütəhərrikliyin təlim-tərbiyəyə psixoloji təsirinin əhəmiyyətini də aydın açıqlayır. Hər vaxt oynamaq istəsə, icazə verilməlidir. Lakin oyun gözəl olmalıdır. Yorub əldən salmamalı, qa¬nını qaraltmamalı, zehnini kütləşdirməməli, təlim və tərbiyəsini çətinləşdirməməlidir.

Tusinin oyun və əyləncələrin pedaqoji əhəmiyyəti barədə söylədiyi müdrik fikir və mülahizələr bu günümüzə qədər öz dəyərini itirməmişdir. O, oyun və fiziki mümarisələr, fiziki təmrin və çalışmalara yalnız fiziki-cismani yetkinlik amili kimi deyil, həm də uşaqların əqli təfəkkürünə, şüurlu intizam tərbiyəsinə, habelə tibbi-fizioloji baxımdan onların sağlamlığını təmin edən bir vasitə kimi baxırdı. Alimin fikrincə, uşaq oynamaq istədikdə ona icazə verilməli, onun oynamaq arzusu məh¬dud¬laşdı¬rılmamalıdır. Oyunda iştirak edən uşaq mütəhərrikliyi, hoppanmağı, yüyürməyi öyrənir. Oyun uşaq¬la¬rın həyatına erkən yaşlarından daxil olur və onları məşğul edir. Oyunlarda uşaqlar yaşlıları təqlid edirlər. Bunu nəzərə alan N.Tusi uşaqların yaxşı, əyləncəli oyunlarda iştirakını zə¬ruri sayırdı. Oyun uşaq¬ların həyatına sevinc, şuxluq, gümrah¬lıq və xoş ovqat gətirir. Oyunda uşaqlar düz¬gün yeriməyi, qamə¬ti şux saxlamağı öyrənirlər. Buna görə də yaxşı yeriməyi qa¬məti for¬¬malaşdırmağın əlaməti hesab edən N.Tusi qeyd edirdi ki, yaxşı yeriş gözəllik yaradır. O, yüngül yeriyib tələsməyi yel¬be¬yin¬lik əlaməti sayır və deyirdi ki, əlləri yellədə-yellədə get¬mək, özünü çəkə-çəkə yerimək, əlləri yana sıxmaq olmaz. Yeriş nor¬mal olmalı, uşağın tərləməsinə və təng-nəfəsliyə səbəb olma¬ma¬lı¬dır.
N.Tusi insan sağlamlığının təmin edilməsində yaxşı və fay¬dalı işə yüksək qiymət verir, hər bir insanın əməklə məşğul olmasını və bədəni əməyə, fiziki işə alış¬dırmağı zəruri sayırdı. Onun fikrincə, insan öz sağlamlığı qayğısına qal¬ma¬yıb tən¬bəllik etsə, elmləri öyrənməsə, əməkdə iştirak etməsə ağıl getdikcə kütləşər, kora¬fəhmlik artar, müqəddəs dünyanın nemət qapıları onun üzünə bağlanar. Görün¬düyü kimi, N.Tusi uşaq¬ların həm fiziki, həm də əqli əməklə məşğul olmasını zəruri sayır. Onun fikrincə, əmək insanları tənbəllikdən xilas edir, zehni əmək adamları yaradıcılığa yönəldir. İnsan yaşa¬yış vasitələrini əmək prosesində yaradır. N.Tusiyə görə, həyat¬da firavan yaşamaq istəyən adam əməklə məşğul olmalı, maddi ne¬mətlərin istehsalında iştirak etməlidir. Əmək insanın sağ¬lamlığına xidmət etməlidir. Əməkdə iştirak edən adam evdarlıq, şəhər salmaq işində fəal çalışır, ailə qurarkən onu dolandırmaqda çətinlik çəkmir. Zəhmətlə böyüyən hər bir adam ailə üzvlərinə kömək edir, valideynlərinə qayğı göstərir, başqa adamlara hörmət edir.

N.Tusi göstərirdi ki, körpə uşağın möhkəm olması şərtlərindən biri də onu ehmal yırğalamaqdırsa, digəri isə həmin müddətdə ona həzin lay-lay çal¬maq, onu zümzümə ilə yuxuya daldırmaqdır. Hər iki vasitə uşa¬ğı bir tərəfdən fiziki təm¬rinlərə, digər tərəfdən isə musi¬qiyə alışdırır. Beləliklə, böyük alim əvvəlincini or¬qa¬nizmə, axırıncısını isə könülə, qəlbə, mənəviyyata aid edir¬di. O, eyni zamanda belə körpə fidanların hələ yırğa¬lan¬dı¬¬ğı beşikdən fiziki inkişafa başladığını qeyd edərək, həmin dövrdən də onun əqlən tərəqqidə olduğunu sübut edir. Odur ki, Tusi uşağı həssas, ehmal yırğalaya-yırğalaya yatırdan xidmətçilərə çatdırır ki, bunlar uşağı yavaş-yavaş fiziki hə¬rə¬kətlərə alışdırmaqla ona davamlılıq və möhkəmlik təl¬qin edir ki, bu da körpənin fiziki inkişafına zəmin yara¬dır. Böyük əxlaqşünas alim, fiziki çalışmaların öyrədilməsində əxlaq normalarına ciddi əməl olun¬masına diqqət artırılmasını da xüsusi qeyd edirdi. Bu dövr¬¬də tərbiyəçilər uşaq¬ları çirkin vərdişlərdən kənarlaş¬dır¬maq¬la, onları xeyirxah yoldaşlar əhatə¬sində tərbiyələn¬dir¬mə¬yi, lazım gələrsə, verilən fiziki tapşırıqların yerinə yeti¬ril¬mədiyinə görə onlara qarşı ciddi tələbkar olmağı, habelə hərə¬kət¬lərin uğurla icra olunması üçün bu işdə rəğbətləndir¬mə¬¬yi də nəzərdən qaçırmamalıdır. Bunlar olmasın deyə Tusi uşağa savadlı, oxumuş, sağlam xidmətçi, mürəbbi tapmağı məsləhət görürdü. Onun fikrincə, xidmətçinin koru, axsağı uşağa bəd təsir göstərir. «Uşağa xidmətçi-tərbiyəçi tapmaq üçün onun istər xarici, istərsə də daxili aləmini, saf və sağlam olmasını yoxlamaq lazımdır. … Xidmətçi-dayə uşağın orqanizminin bir üzvüdür. Onu seçəndə əqli, fərasəti, savadı, huşu bilavasitə yoxlanmalı və qəbul edilməlidir». Tusi bütün ata-analara məsləhət görür ki, südəmər yaşlarında uşağa fəzii və əxlaqı cəhətcə sağlam dayə axtarsınlar. Bu dövr ötdükdən sonra, ata uşağı çirkin əməllər və təsirlərdən qorumalı, 6 yaşından başlayaraq sadə hərəkətlər,
fiziki təmrinlər yerinə yetirməyi öyrətməli və buna adət etdirməlidir.

Tusi uşaqların dərs məşğələlərindən sonra istirahət etmə¬lərini göstərir, ha¬belə «topla müxtəlif oyunlar, yeriş, qaç¬maq, nizə atmaq, at minmək, xizəkdə sü¬rüşmək» və s. kimi id¬man¬la məş¬ğul ol¬malarını valideynlərə, müəllim və mürəbbi¬lə¬rə məs¬ləhət gö¬rürdü. Onun fikrincə, fiziki tərbiyə məşğələləri prosesində uşaq¬ların mədəsində qida həll olunmalı,
lakin boş mədə və fiziki tərbiyə ilə məş¬ğul olmağa da yol verilməlidir.

Şərqin misilsiz mənəvi abidələrindən sayılan «Əxlaqi-Nasiri» də N.Tusi fiziki tərbiyə məsələləri ilə yanaşı, hərb təlimi sənətinə də geniş yer ayırmışdır. O, möhtəşəm səltənətlərin qüdrətli padşah və xaqanları, soltan və hökm¬darların fütuhatları, onların cahanşümul sərkərdələrinin sayagəlməz ordusundakı basılmaz qoşunları, apardıqları hərb siyasəti, ideoloji müharibələr, zəfər yürüşləri, müxtəlif silah növləri ilə davranmaq qaydaları, strateji, taktiki döyüşlər, cahangir ərənlərin, bahadırların pəhləvanlıq şücaəti, əzmkarlığı, mətanəti, fiziki güc və qüvvəti barədə verdiyi tövsiyələr bu günümüz üçün də dəyərlidir. Hərb təlimi barədə verdiyi müdrik mülahizələr arasında müharibə aparan dövlətin hökmdar sərkərdələrinin, ordu başçılarının vəzifələri, bu işdə onların tutduğu mövqe və qələbədən sonrakı tədbirlər haqda qeydləri xüsusilə çox maraq doğurur. Tusi vuruş meydanlarında qələbənin əsas taleyini hansı sərdara həvalə edilməsi məsələsi və şahın bu seçimdə hansı arqumentə yer verməsini belə əsaslandırır: «Ordu başçılığını elə adama tapşırmalıdır ki, onda üç xüsusiyyət olsun: Birinci - şücaətli, ürəkli və bu adla şöhrəti dünyaya yayılmış olmalıdır. İkincisi - sədaqətli, düzdanışan, vəziyyəti başa düşən, təşəbbüskar, hiylə işlətməyi bacaran, düşmənə yaxşı tələ quran olmalıdır. Üçüncü - çoxlu müharibədən çıxmış və təcrübə əldə etmiş olmalıdır.

N.Tusiyə görə, hər məmləkətin qüdrətli ordusunun möhtəşəmliyi onun cən¬gavər döyüşçülərinin hərb səriştəsi, hərbi uğurları, həmin əsgərlərin bilavasitə fiziki yetkinliyini, fiziki mədəniyyət səviyyəsini şərtləndirir.

Tusinin fikrincə, alplıq və qəhrəmanlıq insanın fiziki inkişafına, fiziki güc, qüvvə, dözüm, möhkəmlik və s. kimi fiziki-cismani keyfiyyətlərinə söykənməsi hələ əsl «igidlik», «cəsarət» və s. kimi iradi - əxlaqi keyfiyyətlərin fövqündə da¬yanan əsl şücaətliliyi şərtləndirə bilməz. Böyük filosof qeyd edir ki, bu məsəlin kökündə əxlaqa, mənəviyyata, şərafətli həyata, bir sözlə, həm də yüksək etik əlamətlərə xas olan müqəddəs bir əməl dayanır.

Tusiyə görə, nəfsi-izzətini boğmağı bacaran, ağılı ilə hisslərinə qələbə çalmağı, şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutan, humanist, bəşəri əməl¬lər yalnız müdriklikliyə, səbatlılığa dəlalət edir. «Hər iffətli və şücaətli adam hik¬mətli olmaz, lakin hər hikmətli həm iffətli, həm də şücaətli olar» tezisi baha¬dırlıq, cəngavərlik göstərməkdə hünər, dəyanət və şücaətin əsas arqument ol¬masını vurğulayan alim bütün bu amillərin, hikmətin, tədbirliliyin və alicənablılığın föv¬qundə dayandığını görürük: «… şücaətin başlanğıcında onun ləzzəti hiss edilməz, çünki şücaətin başlanğıcı qorxulu və təhlükə ilə əlaqədar olar, lakin qəhrəmanlıq göstərilib qurtardıqdan sonra, istər sağ qaldıqda, istər həlak olduqda onun əzə¬məti aşkara çıxar… onlar məslək uğrunda düşmənlərə qarşı mübarizədə, dostlara qarşı uzadılmış qəddar əlləri qısaltmaqda, böyük yaradan yolunda cihad etməkdə canlarını əsirgəməzlər. Belə adamlar mübarizədən qaçmağı özlərinə rüsvayçılıq hesab edərlər, onlar bilərlər ki, belə qaçmaq əbədi olmayan bir şeyi əldə etmək üçün «qorxaq» adı qazanmaqdır, həqiqət axtaranlar üçün isə belə hərəkət ağlasığmazdır; əgər belə adamlara gündə bir neçə məhrumiyyət üz versə, həyatı ağır və əziyyətli keçsə, ruzigarı işgəncə və məşəqqətlə dolu olsa, əzilib tapdalansa, yenə də əyilməz, əbədi savab və qəhrəmanlıq naminə şücarətli ölümün tez gəlməsini həqarətli ömrün gec getməsindən çox istər….

İzzəti-nəfsi qorumaq, şəhvani hisslərə müqavimət göstərmək, hava və həvəsin qarşısını almaqda da şücaətli adamlar belə hərəkət edərlər». Böyük filosofun gəldiyi qənaət budur ki, bütün bu mənəvi qüsurların, əxlaqi nöqsanların nəticəsi iradi cılızlığı şərtləndirir ki, bütün bu kriteriyaların da başlıca arqumenti yalnız fiziki zəiflikdir. Haqlı olarar ünlü psixoloqlar insanlarda baş verən bir sıra qeyri-əxlaqi hərəkətlərin başlıca səbəblərini bilavasitə iradi cılızlıqla, fiziki zəiflik və mənəvi düşgünlüklə əlaqələndirmişlər. Onun fikrincə, insanın fiziki və mənəvi yetkinliyinin formalaşmasına güclü zəmin yaradan və onun kamil bir şəxsiyət kimi təşəkkülündə iradi tərbiyə müstəsna əhəmiyyət kəsb edir.

N.Tusi gənc nəslin fiziki təkmilləşməsi, fiziki kamillik səviyyəsinin duru¬muna qayğı və həssaslıq göstərməklə yanaşı, onlarda insanlığa zinət verən sadə və təvazökarlıq, nəzakət və səmimiyyət, əliaçıqlıq və xeyirxahlıq kimi əxlaq qayda¬la¬rına, mənəvi anlayış və kateqoriyaların formalaşmasına da diqqətin artırılmasını vacib sayır. O, eyni zamanda dövrünün yeniyetmə gənclərini vətənpərvərcəsinə, həm də qəhrəmanlıq ruhunda cəsur, mübariz, dönməz, üsyankar bir türk cavan¬mərdi kimi hərbi vərdişlərə yiyələnməsini təbliğ və təşviq edirdi. Təsadüfi deyildir ki, həmin dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində gənclərin həvəslə coşan güc və qüvvələrini, fiziki ustalıqların artırdıqları zorxanalarda «rəcəz» oxumala¬rını da xatırladır. Məlum həqiqətdir ki, zorxnaalarda gənc pəhləvanlar küştü tutar, qurşaq yapışar, şişman əzələli nər ürəkli, aslan biləkli oğuz igidləri vücud¬larını qızışdırmaqla, var-gəl edərək hərbə-zorba gələr, meydan sulayar, rəqiblərini psixoloji sarsıntıya salmaq məqsədilə öyünə-öyünə qarşısındakına hədə-qorxu gələrdilər.
Tusi valideynlərə uşaqlarını mərd, mübariz, üsyankar, xalqının yararlı övladı kimi yetişməsində, onlara cılız hisslərdən, naqis vərdişlərdən yayındırıb dönməz, mətin xarakterə malik əsl kişi kimi tərbiyə olunmasını vurğulayır. Çox yemək, çox içmək, bahalı, modalı paltar geyməyi onun gözündən salmalı; qarınpalıq, əy¬yaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Bəzək-düzəkli paltarın arvadlara aid olduğunu təlqin edil¬məli, ağıllı kişilərin, böyük adamların sadə geyindikləri ona başa salınmalıdır…

Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Uşaq inki¬şa¬fın ilk anlarında çoxlu səhvlərə yol verər, qəbahətli iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq eyləyər, dediyindən əl çək¬məz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, sonra isə tən¬beh və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək lazımdır. Son¬ra dərs öyrətməyə, təlimə başlarlar, hikmətli kəlamlar, tərbiyəvi şerlər əzbər¬lə¬dərlər ki, öy¬rətmək istədikləri şeylər yadında qalsın, mənasını unutmasın. Əvvəl «rəcəz», sonra «qəsidə» oxudarlar. Eşq, şərab, şəhvət və ehtiras tərənnüm edən qəzəllər¬dən… qaçmaq lazımdır.

N.Tusi uşaqları gözüaçıq hüşyar alimlər, fəzillər, yazıçılar və şairlər məclisinə aparmağı məsləhət görürdü. Onun fikrincə, təbii amillər ilə ynaaşı uşağın sağlamlığının təşkil edilməsində yuxu mühüm rol oynayır. Yuxu dinclikdir, sağlamlıqlıqdır, rahatlıqdır. Uşaq yatmalıdır. O, uşağın həddən artıq yatmasını zərərli sayır və deyirdi ki, uşaq erkən yaşlarından tez - sübhdən durmağa öyrədilməlidir. N.Tusiyə görə, çox yatmaq zehni kütləşdirir, hafizəni öldürür, bədəni boşaldır, insanı süst edir. O, odur ki, uşaqların gündüz yatmasının əleyhinə olmuşdur.

N.Tusi insan sağlamlığının başlıca səviyyəsi olan fiziki tərbiyə, fiziki kamil¬lik və gigiyena məsələlərini təbabət aləminin ən mötəbər vəzifəsi hesab edirdi. Böyük təbiətşünas alim və təbib həmin qaydalara lazımi riayət etməyi məhz sağlamlığın və uzunömürlülüyün əsas qayəsi kimi dəyərləndirirdi.

Böyük filosof «Əxlaqi-Nasiri» əsərində təbabət, gigiyena və fiziki tərbiyə və sağlamlıq məsələlərinə xüsusilə çox yer ayırır. Həmin əsərdə insanın fiziki-cismani və mənəvi tərbiyəsindən bəhs edən fəsillərdə gigiyena məsələsi bir problem kimi qoyulmuşdur. Dahi alim özünün həmin cahanşümül əsərində gigiyena iki şöbəyə ayrılmışdır: uşaqların və yaşlıların gigiyenası.

N.Tusi ilk fəsildə uşaqların gigiyena məsələlərindən ətraflı söhbət açır və uşağı hələ yetişməmiş göyrək bir ocağa bənzədir. O göstərir ki, uşağın təbiətində hələ heyvani xassələr çoxdur. Uşaq orqanizmi böyüklərin hərəkətlərini yamsıla¬ma¬ğa daha artıq meyllidir, insan ona tərbiyə verən ən ağıllı işlər öyrəndiyi kimi, cismani tərəfdən də mütəssir olur.

Türk dünyasının bənzərsiz iftixarı olan Tusi pəhrizin gözlənilməsinə, qidalanmada ölçünün nizamlanması, qarınqululuğun nəticəsində lırtlaşmanın yaranıb daxili orqanların sıradan çıxmaması üçün yeyib-içməkdə həddi aşmamaq, qədəri gözləməyə riayət etmək səhhətin mərəz üstə qələbəsi olduğunu dönə-dönə vurğulayır. Biz əvvəllər də bu «ortalıq» və «miyanəlik» haqqında danışmışıq. Bunlardan əsas məqsəd isti-soyuqdan qorunmaq, ac-susuzluqdan xilas olmaqdır, artıq yemək deyildir, çünki artıqlıq zahirən ləzzətli görünsə də, əslində zərərli olar. Əsl ləzzət sağlamlıqdır, bunun da səbəbi pəhriz və qayda ilə yeməkdir.
Deməli, məlum oldu ki, çox yeməkdən özünü saxlamaq həm səhhətdir, həm ləzzət, qarınpalığa başlamaq nə ləzzətdir, nə səhhət.

Tusi uşaqların lap ilkin çağlardan yemək-qanunlarını öyrətməyə başlarkən, o göstərir ki, onları inandırmaq lazımdır ki, yeməkdə məqsəd səhhətdir, ləzzət deyildir, çünki qida yaşamaq və sağlam qalmaq üçündür. O aclıq və susuzluğu müalicə edən dava-dərmana oxşayır, dərmanı dad almaq üçün atmadıqları kimi, təamı da ləzzət çəkmək üçün yeməkdir.
Qidalanma məsələlərində menyuların seçimi, bu işdə rejimə nəzarət, xüsusilə spirtli içkilərə ciddi qadağa və s. barədə də N.Tusinin fikirləri birmənalıdır: Tusi insanın fiziki və mənəvi varlığını məhv edən, onu bir sıra xəstəliklərin törənməsinə zəmin yaradan spirtli içkilərin qəbulunu bəşər övladı üçün dəhşətli bir bəla hesab edir. O, sərxoşluğu insanda əxlaqi eybəcərliyin, mənəvi düşgünlüyün yaranmasının əsas səbəbkarı olduğunu bildirir. Odur ki, meyin təsirindən xumarlanıb sərsəm hala düşən hüşyarların iradi cılızlığını, səbatsızlığını, naqisliyini yada salaraq, onların özlərini cismən və ruhən məhv etmələri ilə yanaşı, həm də ictimai qınağa çevrilməklə, mənəvi şikəstliklərinə acıyır:

Mey içmək səhərdən axşama kimi
Böyüklük deyildir, deyildir hünər.
Çox yemək, ya da ki, əlvan geyinmək,
İnsanı böyütməz bir zərrə qədər.
Mən deyim sənə qoy böyüklük nədir,
Eşit səndə varsa ağıldan əgər:
Qurtar dostlarını qəmdən kədərdən
Xalqın istəyi ilə yaşa müxtəsər.

Alimin fikrincə, qida qəbulunda tamahın boğulması, nəfsin cilovlanması insanın ruhən və cismən sağlamlığını şərtləndirən başlıca amillərdir. Tusi hətta yeməyin hamısını, nə vaxt, nə qədər, planlı və sistemli şəkildə ardıcıllıqla qəbul edilməsinin zəruriliyini diqqətə çəkir. Xörəkləri rəngarəng və cürbəcür hazırlayıb onu yeməyə təhrik etmək lazım deyildir, orta bir xörəyə alışdırıb iştahasını sabitləşdirməyə, adi yeməklə kifayətldəndirib daha ləzzətlilərinə hərislik göstərməmək vərdişi tərbiyə etməyə çalışmalıdır. Uşağa şam xörəyini səhər yeməyindən çox vermək lazımdır. Səhər yeməyini çox yesə, yuxu basar, zehni kütləşər. Əti az yedirtsələr çeviklik, ayıqlıq, şənlik, oynaqlıq və sairəyə xeyri olar. Halva, meyvə yeməyə qoymamalıdırlar, bunlar ishala səbəb olar. Xörək arasında su içməyə icazə verilməməli, həddi-buluğa çatmamış şərab, məstedici içkilər qadağan edilməlidir, çünki bunlar onun nəfsinə və bədəninə zərər vurar, qəzəb, çılğınlıq, şəhvət və ehtirasını artırar. Onu içki məclislərinə aparmamalıdır.

Adətən Avropa qaydasına görə nahar yeməyi, səhər və axşam yeməyindən çox və qüvvətli olur. Şərq aləmində bişirilən əsas xörək şam vaxtı verilir. Bu qayda məişətdən asılı olaraq meydana gəlmişdir. Fəhlələr, kəndlilər, sənətkarlar gün çıxandan gün batana qədər işləyirdilər, iş yerində yeməkxanalar yox idi. Buna görə də ancaq şam vaxtı xörək yeməyə imkan vardı. Uşaqların təhsil almasında, ailəyə kömək etmə ərzində müasir qaydalara uyğun rejim yaradılmamışdı. Onlar da şam vaxtı xörək yeməyə vadar idilər. Tusi bu məişət qayda-qanunlarını nəzərə alaraq uşaqlara günorta xörəyinin şam xörəyinə nisbətən az verilməsini tələb edirdi. Uşaqların da təhsili və əməyi nahara qədər başa çatmırdı. Ağır yeməkdən sonra istər fiziki, istərsə də zehni işlər səmərəli gedə bilməzdi. Beləliklə, N.Tusi əksər hallarda ağır xörəkdən sonra uşağın zehninin kütləşməsini, tənbəllik və passivlik baş verəcəyini yazırdı. Xörəklərin həzminə qanın və sinir sisteminin səfərbər olması sayəsində zehni əməyə imkanlar azalmış olur. Şamdan sonra fiziki və zehni işlər aparılırdı. Buna görə də qəbul olunan xörəklərin həzm edilməsinə istənilən qədər enerji sərf edilə bilirdi.

Bu da bir həqiqətdir ki, N.Tusi nahar xörəyinin qəlyənaltı xörəyi nöqteyi-nəzərindən qiymət verir. Hər halda uşaqların fiziki tərbiyəsinə, əməyinə, yeməyinə, istirahətinə və s. dair dahi alimin irəli sürdüyü fikirlər bioloji əsaslara istinad edirdi. Odur ki, həmin fikirlərin bəzi müasir məişət qayda-qanunlarında müəyyən əhəmiyyəti vardır.

Dahi filosof yaradıcılığında insan ömrünü azaldan əsas amillərin rolunu da qeyd edir. Tusi də Nizami Gəncəvi kimi, hər şeydən öncə, yemək-içməkdə, yuxu və istirahətdə, şadlıqda və qəmdə, əməkdə və sairədə normanın pozulmasını - ifratçı ömrü azaldan şərtlərdən hesab edir. Odur ki, dahi filosof bu məsələdə müvazinətin (etidalın) saxlanılmasına ortaqlıq, miyanəlik, mötədillik mövqeyində durub əndazəni aşmamaqla qədərə riayət edilməsi əxlaqın saflığıdır, mənəvi mədəniyyət meyarıdır, bir sözlə, milli-mənəvi sərvətdir.

Tusi fiziki tərbiyə haqqında fikirlərində bədən üzvləri və onların gözlənilməsi, 5 hiss üzvü, su və havanın insan orqanizminə təsiri, hərəkət və sükunət, müxtəlif fiziki təmrinləri və bunların orqanizmin ayrı-ayrı üzvlərinə təsiri, müxtəlif xəstələnmələr və bunların hərəkətlərlə müalicəsi, idman və idrak, sağlamlıq və əql, qidanın insan orqanizminə təsiri, fiziki kamillik, təhsil, təlim, fiziki mədəniyyət, cəmiyyət və s. kimi məsələlərə də toxunaraq ayrı-ayrılıqda bunların təhlilini və müəllimlərin bu sahədə vəzifələrini də şərh edərək irs qoyub getmişdir.
N.Tusinin həmin fikirlərinə bənzər ideyaları üç əsrdən sonra məşhur ingilis filosofu Con Lokk irəli sürmüş və öz həmvətənlərinə övladlarının tərbiyəsi ilə əlaqədar «Tərbiyə haqqında fikirlər» adlı məşhur əsərində məsləhətlər vermişdir. Çok Lokk da səhər-səhər yavan çörəyin üstünə duz səpib uşağa verməyi, əti az yeməyi, rahat paltarda gəzməyi tövsiyə edir və deyirdi ki, centlmenin yorğanı qara buludlar, döşəyi torpaq, yastığı isə qayalar olmalıdır.

Uşaqlarda kamil hikməti, bitkin ədaləti, səmimi təvazökarlıq və s. kimi bəşər üçün qiymətsiz mənəvi sərvət olan fəzil xüsusiyyətlərin fövqündə fikrimizcə, yalnız Vətən ola bilər. Onu qorumaq üçün xalqın, millətin nər biləkli yenilməz bahadır oğulları, dərin elmi biliyə, zəngin dünyagörüşünə, bir sözlə, yüksək fiziki hazırlığa malik dərin əqidə, məslək və amal sahibi olmalı¬dırlar. Dahi Tusinin də Vətən övladlarına tövsiyə etdiyi həmin ideyaları öz intellektual və fiziki qabiliyyətlərimizi artırmaqla dövlətin həqiqi vətəndaşları olmağa mənəvi haqqımız ola bilər.






Xazar Banner sistemi

 
© 2007 http://qarapapaqlar.borchali.net. Texniki və hostinq dəstəyi Borchali.Net