20 Yanvar bizim şərəf günümüzdür
  Raşad Abdulla
Этническая мозаика Баку в контексте совр
  Solmaz Məhərrəmova
XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin yaşayış evləri
  Mobil Aslanlı Huntürk və Arif Rüstəmov
N.Tusinin ictimai pedaqoji görüşlərində gənc nəslin fiziki mədəniyyət və sağlamlıq məsələləri
  Dilqəm Əhməd
Altun tigin
  Salidə Şəmməd qızı Şərifova
Elm xadimi Kamil müəllim və milli şair barəsində
  Şota və Otar Tedvadze qardaşları
XIX əsrin ikinci yarisinda erməni əyalisinin Gürcüstana mühacirət prtosesləri
  Dünyamalı Kərəm,
Xatirələr dilə gelir
  Nəsiman Yaqublu
M.Ə.Rəsulzadənin mühacirət fəaliyyəti
  Qüds uğrunda mübarizənin simvolu: Səlahəddin Əyyubi
  Mirzə Məmmədoğlu
Kimin özü,kimin sözü yada düşər
  Əlixan Düşgün
Şeirlər
  Qasım Abbasəliyev
Şeirlər
  İslam Əliyev
Gəlin tərgidək
  Cambul Məmmədli
Şeirlər
  Həvilova Fəxriyyə
Borçalının görkəmli ziyalısı Nəriman Nərimanovun həyatının Bakı dövrü
  Xəbər xətti

Ana səhifə Jurnalımız Redaksiya
Salidə Şəmməd qızı Şərifova
A.M.Qorki adına Dünya ədəbiyyatı təcrübəçisi-doktorant

Elm xadimi Kamil müəllim və milli şair barəsində

Borçalı elinin hünəri, fəxri,
Sarajlı elinin şair oğlusan.
Xalqın yollarında ən uja zirvə,
Həyat yollarında ümman olmusan.

Əflatun (Sarajlı) Məmmədovun elmin dərinliklərinə varmaq hünəri və gözəl insani keyfiyyətləri ilə seçilən alim, Borçalının ən dəyərli, hörmətli ziyalı övladı olması haqqında hələ orta məktəbdə təhsil alarkən eşitmişdim. Lakin Əflatun müəllimlə şəxsi tanışlığım 1993-jü ilə təsadüf edir. 1993-jü ildə ali məktəbi bitirib, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldum. Həmin dövrdə İnstitutun elmi katibi olmuş Arif müəllim Səfiyevin mənim elmi rəhbərimin f.e.d. Əflatun (Sarajlı) Məmmədovun təyin olunması xəbərini söyləməsi məni çox sevindirdi.

Əflatun müəllimin mənə aspirantı kimi ilk göstərişi əski əlifbanı öyrənmək tapşırığı oldu. Üzərində işləyəjəyim namizədlik işimin planını isə əski əlifbanı öyrənəndən sonra nəzərdən keçirəjəyini bildirdi… Mən elmi rəhbərim Əflatun müəllimin tapşırığını tez yerinə yetirməyə çalışdım. Həm də əski əlifbanı ali məktəbdə təhsil alarkən yarım semestr keçmişdim. Birjə qalırdı təkrarlamaq. Təqribən bir ay ərzində əski əlifbanı təkrarlayandan sonra Əflatun müəllimə əlifbanı bildiyimi bildirdim. Əflatun müəllim mənə heç nə deməyərək, şöbənin əməkdaşı Dilarə xanım Məmmədovaya baxdı. Dilarə xanım Abdulla Şaiqin əsərlərindən birini əski əlifbadan müasir əlifbaya translitirasiya edirdi. Əflatun müəllim Dilarə xanıma mürajiət etdi:

-Dilarə xanım, Abdulla Şaiqin əski əlifbayla olan əsərini Salidə xanıma ver. Görək əski əlifbanı nejə öyrənib? Sinəsinə yaman döyür, görək də, əski əlifbayla nejə oxuyajaq?
Dilarə xanım kitabdakı jümlələri, sözləri göstərirdi, mən isə birinji sinif şagirdi kimi tər tökə-tökə oxuyurdum. Əflatun müəllim əski əlifbayla oxuduğumu görüb başı ilə razılığını bildirərək dedi:

-Yaxşı Salidə xanım, elmi işin planına dair təkliflərini gətirərsən, baxarıq…
Bir həftə sonra mən namizədlik işimin planını Əflatun müəllimə apardım… Məhz Əflatun müəllimin tələbkarlığı nətijəsində, mən namizədlik işimi vaxtından əvvəl yerinə yetirib, şöbənin müzakirəsinə verdim. 1996-jı ildə isə Əflatun müəllimin elmi rəhbərliyi ilə namizədlik işimi müdafiə etdim…

Əflatun Sarajlının elmi rəhbərliyi altında bir neçə gənj mütəxəssis yetişmişdir. Dərin ədəbi biliklərə və ozünəməxsus elmi qələmə malik olan Əflatun Saraçlı ədəbiyyatşünas dairələrdə xüsusi nüfuz qazanmışdır. Onun «Azərbayjan uşaq mətbuatında ədəbiyyat məsələləri» (1967) mövzusunda namizədlik, «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbayjan bədii nəsrinin inkişaf problemləri»(1984) mövzusunda doktorluq dissertasiyaları milli ədəbiyyatşünaslığımızın nəzəriyyəsinin inkişafında önəmli yer tuturlar. «XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbayjan bədii nəsrinin inkişaf problemləri»(1984) mövzusunda doktorluq dissertasiyası klassik Azərbayjan nəsrinin yaranması, tarixi mərhələləri və inkişaf problemləri sistemli şəkildə tədqiq edən samballı elmi əsərdir. Əflatun (Sarajlı) Məmmədovun «Azərbayjan uşaq ədəbiyyatı» (1977), «Jəlil Məmmədquluzadənin həyatı və ijtimai fəaliyəti» (1979), «Azərbayjan bədii nəsri» (1983), «Azərbayjan yazıçıları Jümhuriyyət dönəmində» (2007) və s samballı monoqrafik əsərlər də Azərbayjan ədəbiyyatşünaslığına əvəzsiz töhfələrdir.

Əflatun (Sarajlı) Məmmədovun dərindən və tam anlamaq üçün onun poeziyasına mürajiət etmək lazımdır. Əflatun müəllimin poetikası təmiz və saf məhəbbəti əks etdirməsi ilə yanaşı, milli azadlıq və Vətənin ərazi bütövlüyü, toxunulmazlığı uğrunda mübarizəyə çağırışları diqqətdən yayınmır. Vətən və onun müqəddəratı, milli istiqlal uğrunda aparılan mübarizə, onun ağrı-ajıları, sevinj və qalibiyyətləri kimi aktual problemlər Əflatun müəllimi bir vətəndaş kimi millətinə üz tutmasına və mürajiət etməsinə sövq etmişdir. Əflatun Sarajlı qələminə məxsus şerlərdə Vətənimizin keçirmiş olduğu iztirabları duymağa çağırış ilə yanaşı, doğma el-obasını qoyub qaçanlara qarşı qəzəb, nifrət səsləyişi özünü qabarıq şəkildə büruzə verir. Onun bir şair kimi torpağına və xalqına, kökünə və tarixinə etinasızlığı və bunun nətijələrini şerlərində ürək ağrısı ilə əks etdirməsi və xalqımızın qürurdoğurajaq keçmişini yada salaraq, tarixdən ibrət dərsinin götürülməsi və bir daha həmin tarixi səhvlərin təkrar edilməməsinə çağırış ədibin lirikasının əsas leytmotividir. Əflatun müəllimin «Qalx, Azərbayjan!...» adlı şerində millətin şərəfli tarixi keçmişə və qəhrəmanlıqlarla dolu tarixi zamana arxalanmaqla yeni yüksəlişə, oyanışa və mübarizəyə çağırışı, onun bir insan kimi mənəvi aləmini gözümüzdə açıqlayır:

Qalx da tanıt özünü;
Xalq desin son sözünü,
Dünya görsün üzünü
Ağ, Azərbayjan!
Qalx, Azərbayjan!...

Əflatun Sarajlının bir Borçalı övladı olması onun lirikasında özünü göstərmişdir. Borçalı qoynunda dünyaya göz açmış, orda böyümüş ədibin Borçalıya sevgisi səmimi, pak və qüvvətli bir hiss kimi, Azərbayjana məhəbbətin tərkib amili kimi əksini tapmışdır. Öz doğma el-obasına həsr etmiş olduğu «Borçalı», «Başkeçid dağlarında», «Qəlbimin ən şirin parçası burda», «Gur bulaq» və digər şerlərində yurdunun əzəmət və qüdrətinin doğurduğu qürur, doğma ojağa və və onun adamlarına bağlılıq hissinin və sevgisinin bariz şəkildə təsvir etməsi, Əflatun Sarajlını bir Borçalı balası kimi daim düşündürən problemlər idi. Əflatun müəllimin «Borçalılar, Borçalını qoruyaq…» şerində Borçalının vahid Azərbayjan üçün qorunması çağırışı ilə yanaşı, bir Borçalı balası kimi ürək ağrısı ilə çəkdiyi harayı idi:

Türk eliyik, od oğluyuq od kimi,
Torpağımız niyə bizə dar olsun?!...
Öz evində qorxaq gəzib yad kimi
Bu meydandan qaçanlara ar olsun;
Bizimkidir Naxçıvanla Qarabağ,
Borçalılar, Borçalını qoruyaq!...
Borçalını qoruyaq!...

Millətin azadlıq və müstəqillik uğrunda mübarizəsi qarşısında milli vətəndaşlıq borjunu
yaradıjılıq mərhələsinin poetik xislətinə çevirən Əflatun Sarajlı qalib gələjəyimizə, azad bir dövlət qurajağımıza nikbinliyini, torpaqlarımıza təjavüz edənlərə qarşı vətən övladlarının müqəddəs amal uğrunda birləşib mübarizə aparajaqlarını «Ümid», «Azərbayjan öz güjü ilə boy atdı» və s. şerlərində ifadə etmişdir. Üç rəngli bayrağımızın böyüklüyünü, mütləq qələbənin inamı, bu inam hisslərində millətin tarixi keçmişinə bağlılığı və milli talenin nikbin sonluğu Əflatun müəllimin daxili istəyi kimi dəyərləndirilməlidir:

Heç kəs göz tikməsin torpağımıza,
Arzumuz həqiqət, yolumuz haqdır.
Bu gün də üç rəngli bayrağımıza
Əsil türk adımız yazılajaqdır.

Əflatun Sarajlı Azərbayjan millətinin başına gətirilən fajiələrin, təhlükələrin ağırlığını, Vətənə və tarixi yaddaşa biganəliyin ağır nətijələrini biganə insanlara hiddətini poetik bir dillə çatdırmışdır. Millətin dərdinə qalmayan, özündən, öz ətrafından başqa heç kəsi düşünməyən, vətəni yaddan çıxaran xain və nankor insanlara ünvanlamış «Allahım, bir yol aç sən bu millətə» şerində Əflatun müəllimin vətəndaşlıq mövqeyi burda da özünü göstərmişdir:

İrəli çıxanı yerlipərəstdi,
Millətə yönəlir birinji qəsdi;
Bu qədər sınağa çəkirsən bəsdi,
Allahım, bir yol aç sən bu millətə.

Əflatun Sarajlının ana torpağa bağlılığı, Vətənin vahidliyini təmin etmək naminə birliyə çağırışı ədibin lirikasının əsas leytmotividir. Əflatun müəllimin şerlərində Vətənin istiqlaliyyəti uğrunda mübarizəni, onun bütövlüyü və toxunulmazlığı zəruriliyini həmişə nəzərdə saxlamış və bütün bunları poeziya dili ilə şerlərində verməyə nail olmuşdur. Bu gün hamının ağrılı yeri olan Qarabağ münaqişəsinə bir Azərbayjanlı balası kimi mövqeyi də bədii yaradıjılığında özünü qabarıq göstərmişdir. Xalqın həyatında baş vermiş bu jiddi dəyişikliklərin milli hisslə şerlərində təsvir etməsi onun bir vətən oğlu kimi bu olaylara münasibətini göstərmişdir. Əflatun Sarajlının qəmli notlarda ifadə olunmuş Qarabağ uğrunda müharibə mövzusunda qələmə almış olduğu lirik nümunələr baş verən olayları qavranılması ilkinliyi və səjiyyəvi özəllikləri ilə seçilir. Əflatun Sarajlı yaradıjılığının pafosunu təşkil etmiş milli azadlıq, mübarizəyə çağırış ideyası Qarabağ mövzusunda özünü daha qabarıq şəkildə büruzə verir. Vətənin çətin imtahan qarşısında qaldığını, insanların torpaq itkisiylə bağlı keçirdiyi hiss və həyəjanları, mənəvi əzab və əziyyətlərini bir vətəndaş kimi duyan şair bütün bunların çıxışını erməni düşməni üzərində qələbədə görür. Əflatun Sarajlı «Ya Qarabağ, ya ölüm!» şerində millətinin şərəfsiz sülhə imza atmayajağına ümidini əks etdirmişdir:

Bu millət qol qoymaz şərəfsiz sülhə,
Bu qədər alçatmaz vətənim, elim;
Ya Allah, ayağa qalxsın qoy ölkə:
Ya doğma Qarabağ, ya da ki, ölüm!....

Bu misraların müəllifi olan Əflatun müəllimə Qarabağın tam azad olmasını görmək qismət olmadı. Ürəyi Azərbayjanın bütövlüyü ilə çırpınmış bu müdrik ağsaqqalın arzusu həyata keçəjək. Özü də olmasa, onun qələmə almış olduğu əsərlər həmin azad olunmuş torpaqlarımızda xalqımız tərəfindən sevilə-sevilə oxunajaq…İnşallah!

Əflatun müəllimin bədii yaradıjılığında diqqəti jəlb amillərdən biri də şairin ölümdən qorxmaması, ona mənən hazır olmasıdır. Onun «Bir gün bəlalar, qadalar gedər» şerində verilmiş bu beytə nəzər salaq:

Dünyaya gəlmişəm, gedəjəyim var,
Dostları pərişan edəjəyim var,
Sənət bağçasında öz çiçəyim var,
Hər gələn ətrindən dad alar gedər.

Həyatı dərindən dərk etmiş, onun hər üzünü görüb yaşamış ədibin «Yuxuda köçəjəm bu dünyadan mən» şerində də bu faktın şahidinə çevrilirik:

Yuxuda köçəjəm bu dünyadan mən,
Bir daha göz yaşı görməyim deyə.
Allahım, sən apar nə vaxt istəsən,
Yaman ümidim var belə ölməyə…

Jismən aramızda olmamasına hazır olan ədibin öz dili ilə verilməsi ürəkağrıdıjı olsa belə həyat reallığıdır. Əflatun müəllimin bizdən sonra dünyanın əbədi qalajağını, bizim isə bu dünyada «qonaq» olmağımızı poetik misralarda izhar etmişdir:

Həyatla ölümün nədir arası,
Hamımız dünyanın qonaq-qarası.
Bir də görərsən ki, çatar sırası-
Əflatun Saraçlı gedər dünyadan…

Əflatun müəllimin «Yazılajaq» şerində də yaşanılajaq hər bir ömrün sonu olması vurğulanır. İnsanın bu həyatdakı sonluğunu poetik dillə təsviri kövrəldiji olsa da, insanı həyat həqiqətlərinin dərinliklərinə varmağa vadar edir:

Hər ömrün bir axırı var,
İllər keçər-halay pozar;
Qismətimiz soyuq məzar-
Qazılajaq… Qazılajaq…

Ruhu, varlığı ilə ənənəyə köklü bağlı olması, onun bu dünyadakı missiyasını ləyaqətlə yerinə yetirməsi Əflatun müəllimin özünün sözləri ilə də təsdiqini tapmışdır:

Əflatun Sarajlı inanmaz yada,
Bir təmiz ad qoyub gedər dünyada.

Bəli Əflatun müəllim, siz özünüzdən sonra bizlər üçün qiymətli əsərlərinizlə bərabər təmiz
ad qoydunuz. İnanıram ki, qədirbilən Azərbayjan xalqı özünün qədirbilmiş övladı olmuş Əflatun Sarajlının bu təmiz adını qoruyajaq və xatirələrdə yaşadajaq, onunla fəxr edəjək. Əflatun müəllimin keçdiyi həyat yoluna nəzər saldıqda inamla deyə bilərik ki, onun keçdiyi həyat illəri əbəs getməmişdi və onun keçdiyi yol gələjək nəsillərə bir örnək olajaq.
Əflatun müəllim, Allah sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun! Amin!...






Xazar Banner sistemi

 
© 2007 http://qarapapaqlar.borchali.net. Texniki və hostinq dəstəyi Borchali.Net